Ednews xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Administrasiyasında keçirilən Yunus Əmrə ili və “Türkcənin Audio-Vizual Mediada Düzgün İstifadəsi Mükafatı” mərasimində çıxışı zamanı deyib.
"Terror təkcə insan öldürməklə olmur. Millətin dilini, ədəbiyyatını pozmaq da terrorun bir növüdür. Təəssüf ki, Türkiyə hər iki terrora məruz qalıb"- deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, sosial mediada yol verilən dil pozuntuları ilə bağlı prezident qeyd edib ki, sosial şəbəkələrdə istifadə edilən dil türk dili üçün bir fəlakətin xəbərçisidir.