Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Milli Qvardiyasının komandanı, general-polkovnik Nikolay Balanı orduda beş hərbçinin ölməsinə görə vəzifədən azad edib.
Ednews Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti qərar imzalayıb.
General-leytenant Yuri Lebed Ukrayna Milli Qvardiyasının yeni komandanı təyin olunub.
Qeyd edək ki, yanvarın 27-də Ukraynada bir əsgər 5 hərbçi yoldaşını öldürüb, 5-ni isə yaralayıb.