Böyük Britaniyanın Baş naziri Boris Conson gələn həftə Ukraynaya səfər edəcək. Eyni zamanda Baş nazirin Rusiyadan gələn təhlükənin yaşandığı vaxtda Prezident Vladimir Putinlə münaqişə ilə bağlı telefon danışıqları aparacağı gözlənilir.
EDNews Guardian-a istinadən xəbər verir ki, Britaniya hökumətinə yaxın olan mənbələrin məlumatına görə, Baş nazir Boris Conson regionda hərbi gərginliyin qarşısının alınması üçün diplomatik səylərin artırılmasında və bir sıra ciddi tədbirlərin görülməsində qərarlıdır.
Boris Conson telefon danışığında Vladimir Putinə Rusiyanın geri addım atmasının və diplomatik danışıqlara qatılmağın zəruriliyini çatdıracaq.
Qeyd edək ki, yanvarın 31-də Britaniya Xarici İşlər Nazirliyinin Rusiyaya qarşı yeni sərt sanksiyalar tətbiq edəcəyi gözlənilir.