Xəbər verdiyimiz kimi, İsrail prezidenti İshak Hersoq tarixdə ilk dəfə BƏƏ-nin faktiki hökmdarı və Əbu-Dabinin vəliəhdi Məhəmməd bin Zayed Əl Nəhyanın dəvəti ilə bu səhər Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. BƏƏ-də İsrail rəhbərinin Əl Nəhyan və Dubayın baş naziri, əmiri Məhəmməd bin Rəşid Əl Məktumla danışıqlar aparması da planlaşdırılır.
Ednews xəbər verir ki, Hersoq BƏƏ-də qarşılanması barədə Tvitter hesabında paylaşım edib.
“Birləşmiş Ərəb Əmirliklərində səslənən İsrailin dövlət himni HaTikva xalqlar arasında sülhün sədasıdır”, deyə o, paylaşımında yazıb.