Yəməndə ailələr ağac yarpaqları yeyərək həyatda qalmağa çalışırlar.
Ednews xəbər verir ki, bu barədə Dünya Qida Proqramı Twitter səhifəsində qeyd edib.
Açıqlamada daima müharibə gedən və silahlı toqquşmaların baş verdiyi ölkənin xüsusilə şimal qərbində vəziyyətin daha ağır olması səbəbilə insanların belə çarəsiz yollara əl atdığı qeyd edilir.
Dünya Qida Proqramı 22 dekabrda maliyyə çatışmazlığı səbəbindən yanvar ayından Yəmənə qida yardımının azaldılacağını açıqlayıb.
Xatırladaq ki, 2014-cü ildə Husilər Yəmənin paytaxtı Sananı ələ keçirib və dövrün prezidenti terror birləşmələrinin tələblərini qəbul etməyərək istefa verib. 2015-ci ildə silahlı Xalq Komitələri ilə Husilər arasında başlayan münaqişələr bugünədək davam edir. Yəməndəki 27,6 milyonluq əhalinin 75%-i humanitar yardıma ehtiyac duyur.
Aysel Bədəlova