Fransa Prezidenti Emmanuel Makron Avropanı Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Ednews xəbər verir ki, Elysee Sarayından edilən yazılı açıqlamaya görə Makron Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın şərqindəki qondarma Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliyinin tanınması haqqında qərarını qınayıb.
Bu məsələ ilə bağlı Makron Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında təcili iclas keçirilməsini və Avropanın sanksiya qərarı almasını tələb edib.
Xatırladaq ki, Putin Donetsk və Luqanskın müstəqilliyini tanıyan iki fərman imzalayıb.
Aysel Bədəlova