Kreml Ukraynadakı vəziyyətlə bağlı ilk açıqlama yayıb.
Ednews xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Ukraynaya hücumunu hansı şərtlər çərçivəsində dayandıracağını şərh edib.
“Əməliyyatın öz məqsədləri var və bu məqsədlərə çatmaq lazımdır. Rusiyanın Ukraynadakı əməliyyatın müddətini Prezident müəyyənləşdirəcək. Rusiyanın hərbi əməliyyatının məqsədi Ukraynanın silahsızlaşdırılması və denazifikasiyasıdır (nasizmdən təmizlənmə - red.)” – deyə Peskov bildirib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bu gün səhər Ukraynanın şərqində Donbassda xüsusi hərbi əməliyyata başladıqlarını açıqlayıb.