“Tarixi uğursuzluğumuza görə özümüzə çox qəzəblənirəm. Gürcüstan, Krım və Donbassdan sonra Putini həqiqətən çəkindirəcək heç nə etmədik”.
Ednews xəbər verir ki, bu ifadələri Almaniyanın keçmiş Müdafiə Naziri Anneqret Kramp Karrenbauer "Tvitter” hesabındakı paylaşımda bildirib.
Karrenbauer, həmçinin Rusiyanın Ukraynaya hərbi müdaxiləsində Qərbin uğursuzluğa düçar olduğunu deyib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin qondarma “DXR” və “LXR”-in müstəqilliklərini tanıyıb.
Aysel Bədəlova