Ukrayna Bosfor və Dardanel boğazlarından Rusiya hərbi gəmilərinin keçidinin bağlanması üçün Türkiyəyə rəsmi müraciət edib.
Ednews “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
Nazir Türkiyənin boğazları hərbi gəmilər üçün bağlaya biləcəyini açıqlasa da, bununla belə, Rusiya donanmasının öz bazasına qayıtmaq üçün boğazlardan keçmək hüququnun qalacağını bildirib.