Ukraynada aparılan sorğuda xalqın ölkə prezidenti Vladimir Zelenskiyə olan dəstəyinin dekabr ayı ilə müqayisədə 3 dəfə artdığı müəyyən edilib.
Ednews xəbər verir ki, “Reytinq Sosioloji” qrupu tərəfindən aparılan sorğuya əsasən Ukrayna xalqının 91%-nin ölkə başçısını dəstəklədiyi halda, 6%-nin isə dəstəkləmədiyi məlum olub. Digər 3% isə qərarsız qaldıqlarını bildirib.
Qeyd edək ki, sorğuda Krım və Ukraynanın şərqi istisna olmaqla, müxtəlif şəhərlərdən iki min nəfər iştirak edib.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinə dəstək də xeyli artıb.
Aysel Bədəlova