Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacaq.
Ednews xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın TRT telekanalına müshaibəsində deyib.
Telefon danışığının sabah - martın 6-da keçirilməsi nəzərdə tutulub.
Türkiyə və Rusiya prezidentlərin əsas müzakirə mövzusunun Ukraynda baş verən son hadisələr olacağı gözlənilir.