Rusiya səfiri Yaponiya XİN-ə çağırılıb - ednews.net

23 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Rusiya səfiri Yaponiya XİN-ə çağırılıb

Dünya A- A A+

Rusiyanın Yaponiyadakı səfiri Mixail Qaluzin bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Ednews RİA “Novosti”-yə istinadən xəbər verir ki, səfirə Moskvanın Yaponiya ilə sülh danışıqlarından çıxmaq barədə qərarına etiraz bildirilib.

“Kiodo” agentliyi yazır ki, etiraz məktubunu rusiyalı diplomata Yaponiya xarici işlər nazirinin müavini Takeo Mori təqdim edib.

Qeyd edək ki, bundan əvvəl Yaponiyanın Baş naziri Fumio Kisida Rusiyanın sülh danışıqlarından çıxmaq barədə qərarını qəbuledilməz adlandırıb.

Rusiyanın Xarici İşlər Nazirliyi isə martın 21-də yaydığı açıqlamada bəyan edib ki, Moskva Tokionun qeyri-dost addımlarına cavab olaraq Yaponiya ilə sülh danışıqlarından imtina edir, Yaponiya vətəndaşlarının Cənubi Kuril adalarına vizasız səfərini dayandırır, Cənubi Kuril adalarında Yaponiya ilə birgə təsərrüfat fəaliyyətinin qurulmasına dair dialoqdan çıxır.

Moskva bu qərarını Yaponiyanın Ukrayna məsələsində nümayiş etdirdiyi mövqe və Rusiyaya tətbiq etdiyi sanksiyalarla əsaslandırıb.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...