Ukraynada müharibə davam edərkən bir ata və oğul müsəlman olub.
Ednews xəbər verir ki, Odessa şəhərində yaşayan ukraynalı Vitaly İmanov və oğlu Sergey İslam dininə keçmək qərarına gəlib.
İmanov açıqlamasında “Uzun müddətdir ki, İslamı qəbul etmək haqqında düşünürdüm, amma indi qərar verdim. Son din olaraq Allah bu dini bizə göndərdi. Ona görə də qəbul etdim. Bu dində çoxlu elm var və mən onu öyrəndim”- ifadələrini söyləyib.
Xatırladaq ki, Ukraynanın Odessa şəhərinə hələ də ruslar tərəfindən hücum edilir.
Aysel Bədəlova