Dünyanın inkişaf etmiş yeddi ölkəsi (G7) Ukraynaya dəstəyi artıracaq.
Ednews xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
“Biz Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün ona əlavə dəstək verəcəyik. Bu gün də əsas mövzu budur. Ukraynanın müdafiə qabiliyyətini artırmaq üçün hər bir ölkənin təkbaşına hərəkət etməsindənsə, səylərimizi əlaqələndirməyimiz və birlikdə hərəkət etməyimiz çox vacibdir”, - o bildirib.