““YouTube” öz hökmünü imzalayıb”.
Ednews xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında yazıb.
"Görünür, “YouTube” öz hökmünü imzalayıb. Kontenti Rusiya platformalarına köçürün və bunu tez edin", - deyə Zaxarova bildirib.
Qeyd edək ki, “YouTube” Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarovanun 17 mart tarixli brifinqinin videosunu bloklayıb.
"Google" şirkətindən bildirilib ki, Rusiya XİN rəsmisinin brifinq videosu "YouTube" şəbəkəsinin video hostinq siyasətini pozduğuna görə bloklanıb.
Bu gün isə Duma TV-nin "Youtube" kanalının bloklandığı barədə məlumat yayılıb.