Avropa İttifaqı Ukraynaya humanitar dəstək məqsədilə daha 50 milyon avro yardım ayırıb.
Ednews Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.
Bildirilib ki, bu məbləğ müharibədən zərərçəkmiş mülki əhaliyə dəstək üçündür: “Bu vəsait səhiyyə, su, işıqdan məhrum olan, ucqar ərazilərdə yaşayan insanlara ayırılıb”.
Qeyd edək ki, bununla da Avropa İtifaqının Ukraynaya ayırdığı yardım 143 milyon avroya çatıb.