Yaponiya Rusiyaya yüksək texnologiyalı malların ixracını qadağan edib.
Ednews xəbər verir ki, mayın 20-dən etibarən Yaponiyadan kompüterlər, 3D printerlər, elektron mikroskoplar və digər yüksək texnologiyalı məhsulların Rusiyaya ixracı qadağan edilib.
Bu haqda məlumat Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin saytında dərc edilib.
Bəyanata görə, Ukrayna ilə bağlı vəziyyətə görə Yaponiya dünyada sülhün bərqərar olunması məqsədilə mayın 10-da hökümət tərəfindən verilən qərara əsasən, Rusiyaya yüksək texnologiyalı malların ixracına qadağa qoyulur. Qanun isə mayın 20-dən qüvvəyə minəcək.
Qeyd edək ki, Yaponiyada daha əvvəl Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə məhdudiyyət tətbiq olunub. Sanksiya siyahısına artıq 700-dən çox Rusiya, Belarus, Luqansk və Donetsk vətəndaşları, həmçinin 200-dən çox Rusiya şirkət və təşkilatları daxildir. Yaponiya həmçinin, bir sıra Rusiya banklarının aktivliyini də dondurub.
Rəna Mürşüd