“Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibə ilə bağlı cinayət işi üzrə istintaq çərçivəsində dindiriləcək, lakin dəqiq vaxt hələ ki məlum deyil”.
Ednews “Sputnik Armenia”ya istindən xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin xüsusi mühüm işlər üzrə idarəsinin rəisi Rafael Vardanyan 44 günlük müharibədə ölən hərbçilərin valideynləri ilə görüşdə bildirib.
Qeyd edək ki, mayın 17-də müharibədə ölən hərbçilərin valideynləri Apellyasiya Məhkəməsi, Baş Prokurorluq və Hərbi Departamentin qarşısında etiraz aksiyası keçirərək müharibə işinin dərhal araşdırılmasını və Ermənistanın baş naziri Nikol Paşinyanın təqsirləndirilən şəxs qismində cəlb olunmasını tələb ediblər.