Türkiyə brendləri Rusiyada gedən Qərb brendlərini əvəz edəcək.
Ednews xəbər verir ki, bu haqda informasiyanı Rusiya mətbuatı yayıb.
Mənbə yazır ki, Rusiya Ticarət Mərkəzləri Şurasının rəhbəri Dmitri Moskalenko bu məsələ ilə bağlı Moskva və Ankara arasında danışıqların yeni mərhələsinin başlandığını açıqlayıb.
Hələ Rusiyada olmayan türk brendlərinə artıq ticarət mərkəzlərinin saytları ilə tanış olmaq imkanı verilir.
"Türk şirkətlərinin Rusiyada uzun müddət qalması və sərfəli investisiyalar etməsi üçün danışıqlar aparırıq". "Hürriyyət" qəzeti onun sözlərindən sitat gətirib.