Üç ölkənin nümayəndələri KXDR-in raket buraxılışlarını müzakirə etdilər - ednews.net

25 İyun, Şənbə

(+994 50) 229-39-11

Üç ölkənin nümayəndələri KXDR-in raket buraxılışlarını müzakirə etdilər

Dünya A- A A+
Yaponiya, ABŞ və Cənubi Koreya hökumətlərinin yüksək rütbəli nümayəndələri telefon danışıqları aparıblar, onlar Koreya Xalq Demokratik Respublikası tərəfindən həyata keçirilən növbəti raket buraxılışlarını müzakirə ediblər.
 
Ednews  xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
 
Tərəflər rəsmi Pxenyanın artan raket və nüvə fəaliyyətinin dünya ictimaiyyətinə açıq və ciddi çağırış olduğu qənaətindədirlər. Onlar həmçinin üç ölkənin KXDR-in tam nüvəsizləşdirilməsinə nail olmaq üçün sıx əməkdaşlıq etmək niyyətini təsdiqləyiblər.
 
Danışıqlarda iştirak edənlərin adları barədə məlumat verilmir.
 
Qeyd edək ki, Şimali Koreya Yapon dənizinə səkkiz qısa mənzilli ballistik raket atıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...