Kremldən 3 ölkə liderinin Ukrayna səfərinə MÜNASİBƏT - FOTOLAR - ednews.net

27 İyun, Bazar ertəsi

(+994 50) 229-39-11

Kremldən 3 ölkə liderinin Ukrayna səfərinə MÜNASİBƏT - FOTOLAR

Dünya A- A A+

“Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts və İtaliyanın Baş naziri Mario Draqinin Kiyevə səfəri zamanı yəqin ki, taxıl mövzusu müzakirə olunacaq. Ukraynanın mövqeyinin mahiyyəti hələ aydın deyil”. 

Ednewws xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. 

Onun sözlərinə görə, taxıl mövzusu müzakirə olunacaq: 

“Biz hələ də Ukraynanın taxılla bağlı mövqeyinin mahiyyətini başa düşə bilmirik. Bilirik ki, ölkəmiz bu böhranının nizamlanmasına, Ukrayna limanlarından taxılın daşınmasına yardım etməyə hazırdır. Bizim başqa səylərdən, türkiyəli həmkarlarımızın səylərindən xəbərimiz var, amma hələ də dəqiq bilmirik ki, Ukrayna bunu istəyir, buna hazırdır? Ona görə ki, onlar bu məsələ ilə bağlı susurlar. Aydındır ki, bu mövzuya toxunulacaq”. 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...