Böyük Britaniya Ukrayna ordusu üçün genişmiqyaslı təlim proqramına başlamağı təklif edib.
Ednews "Reuters"ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə deyib.
Proqram 10 minə qədər ukraynalı əsgərə təlimdən ibarətdir.
"Böyük Britaniya sizinlədir və qalib gələnə qədər sizinlə olacağıq", - Conson deyib.
*20:03
Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə səfər edib.
Ednews xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Bu, Consonun Ukraynada tammiqyaslı müharibə başlayandan indiyədək ikinci səfəridir.
O, apreldə Kiyevə səfər edən G7 ölkəsinin ilk lideri olub.