Yaponiya parlamentinin Yuxarı Palatasına keçirilən seçkidə hakim Liberal –Demokrat Partiyasının koalisiyası qalib gəlib.
Xarici mətbuatın verdiyi infromasiyaya əsasən, hakim koalisiyaya baş nazir Sindzo Abenin Liberal Demokrat Partiyası və Komeito Partiyası daxildir.
Liberal Demokrat Partiyaı 121 yerin iştirak etdiyi seçkidə 57-59 yer qazanıb, Komeito 14 yer qazanıb. Digər mühafizəkar siyasətçiləri özündə birləşdirən koalisiya senatdakı ümumi yerlərin üçdə ikisinə yiyələnib.