Kolumbiyanın Tulua şəhərindəki həbsxanada baş verən iğtişaşda 49 məhbus həyatını itirib.
Ednews xəbər verir ki, Milli Həbsxanaların direktoru Tito Castellanos həbsxnada ümumilikdə 1267 məhbusun saxlanıldığını açıqlayıb.
Portuqaliyaya səfər edən Kolumbiya Prezidenti İvan Duke Twitter hesabında "Valle del Kauka, Tulua şəhərindəki həbsxana hadisəsinə görə üzr istəyirik. Tito Castellanos ilə əlaqə saxlayaraq bu dəhşətli vəziyyətə aydınlıq gətirmək üçün istintaq əmri vermişəm",- deyə paylaşım edib.