İsrailin Baş naziri postunu tərk edən Naftali Bennet hökumətə rəhbərlik etmək səlahiyyətlərini xarici işlər naziri Yair Lapidə təhvil verib.
Ednews TASS-a istinadən xəbər verir ki, bununla bağlı rəsmi mərasim Knessetin buraxılması barədə qərar verildikdən dərhal sonra Yerusəlimdə keçirilib.
Bennet səlahiyyətlərini Lapidə 2021-ci ilin yazında keçirilmiş seçkilərdən sonra imzalanan koalisiya razılaşması əsasında təhvil verib.
Lapid noyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə qədər Baş nazir səlahiyyətlərini icra edəcək.