İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Suriyaya səfər edəcək.
Ednews-un məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.
O bildirib ki, nazir regional səfər çərçivəsində 2 iyulda Suriyaya səfər edəcək. Səfərdən məqsəd ikitərəfli əlaqələrinin inkişafı, regional və beynəlxalq məsələlərin müzakirəsidir.