Deyəsən, tezliklə Parisin əsas görməli yerlərindən biri bağlanacaq. Ən azı indi hökumət səviyyəsində “Eyfel” qülləsinin əsaslı təmiri məsələsi aktiv şəkildə müzakirə olunur.
Yerli jurnalistlər onun uzun müddət yenilənməsinə ehtiyac olduğunu yazır. Amma Fransa paytaxtının meriyası turistlərin ona gətirdiyi böyük gəlirdən əl çəkmək istəmir.
Ednews xəbər verir ki, Eyfel qülləsi Disneyland, Luvr və Versal Sarayından sonra Fransada ən çox ziyarət edilən 5 mədəniyyət obyektindən biridir. 2021-cü ildə Parisdə keçiriləcək “Olimpiya Oyunları” üçün sözügedən obyektin üzəri rənglənəcək.
Belə olan təqdirdə Parisin məhəbbət simvolu bir müddət turistlərin üzünə bağlı qalacaq. Bu, səlahiyyətlilərə 60 milyon avroya başa gələcək. Bununla belə, qülləyə xidmət edən mühəndislər həyacan siqnalı çalırlar. Çünki “Eyfel” paslanıb və tezliklə dağılmağa başlayacaq.
Yalnız bir çıxış yolu var - onu əsaslı təmir üçün bağlamaq, yəni sökmək, təmizləmək, rəngləmək və yenidən yığmaq. Bu prosesin nə qədər davam edəcəyi bəlli deyil. Bu isə əsas beynəlxalq idman tədbiri ərəfəsində xüsusilə sərfəli deyil.