İsveç Türkiyəyə ekstradisiya üçün 10 PKK üzvünün siyahısını hazırlayıb.
Ednews xəbər verir ki, bu barədə informasiyanı “TRT Haber” telekanalı yayıb.
Türkiyə İsveç və Finlandiya orqanlarına ekstradisiya tələblərini xatırladan məktub göndərib və sorğulara 33 PKK və FETÖ üzvü daxil edilib.
Mənbə qeyd edir ki, İsveç hökuməti 2019-2022-ci illər arasında Türkiyənin 16 ekstradisiya ərizəsindən üçünü təsdiqləyib:
“Bu proses Üçtərəfli Təhlükəsizlik Müqaviləsi imzalandıqdan sonra sürətlənib”.
“İsveç mətbuatı yazır ki, ölkənin təhlükəsizlik xidməti PKK-nın 10 üzvünün siyahısını hazırlayıb. Bu siyahı Türkiyənin ekstradisiya tələblərini təmin etmək üçün istifadə oluna bilər”, - deyə telekanal aydınlıq gətirib.