Nyu-Yorkun mərkəzində 500 cütlük üçün kütləvi toy keçirilib.
Burada koronavirus pandemiyası ilə toy planları pozulmuş insanlar münasibətlərini rəsmiləşdiriblər.
Ednews xəbər verir ki, mərkəzin saytında bu gün "toyları ləğv edilənlər, həm tərəfdaşına, həm də şəhərə sevgilərini təsdiqləmək istəyən insanlar üçün xüsusi bir gün" adlandırılıb.
Nyu-York meri Erik Adams cütlüklərə müraciət edib. Bayram şənliyi çərçivəsində müxtəlif dinlərin nümayəndələri üçün mərasim keçirilib. Daha sonra canlı musiqi sədaları altında rəqslər başlayıb.
Qeyd edək ki, "Celebrating Love: (Re) Marriage" adlı tədbir Linkoln Mərkəzində keçirilib.