Yaponiyadakı imperator ailəsinin ən yaşlı üzvü şahzadə Yurikonun Covid-19-a yoluxduğu açıqlanıb.
Ednews xəbər verir ki, mərhum şahzadə Mikasanın 99 yaşlı həyat yoldaşı Yurikonun ötən şənbə günü bədən hərarəti yüksək olub. Onun Luka xəstəxanasına aparıldığı qeyd edilib.
Covid-19 testi müsbət çıxan Yurikonun hal-hazırda səhhətinin yaxşı olduğu bildirilib.
Qeyd edək ki, Yurikonun son vaxtlar digər sülalə üzvləri ilə sıx əlaqədə olmadığı vurğulanıb.
Nəzrin Beydiyeva