Rusiya Prezidenti Vladimir Putin Rusiya kütləvi informasiya vasitələrinə qadağa qoyan xarici ölkələrin media orqanlarının ölkə ərazisində qadağan edilməsinə dair sərəncam imzalayıb.
Ednews “TASS”a istinadən xəbər verir ki, sərəncam Kremlin rəsmi portalında dərc olunub.
Belə ki, sərəncam Rusiya Baş Prokuroru və onun müavinlərinə Rusiya KİV-nə qadağa qoyan və ya məhdudiyyətlər tətbiq edən xarici dövlətin KİV-lərinin Rusiya Federasiyası ərazisində qadağan edilməsi hüququ verir.
Bundan əlavə, Rusiya Federasiyası Silahlı Qüvvələri haqqında saxta məlumatlar yayan, RF Silahlı Qüvvələrinin hərəkətlərini gözdən salmağa yönəlmiş məlumatlar dərc edən medianın ölkə ərazisində fəaliyyəti dayandırılacaq.