“Rusiyaya bağlı “Vaqner” özəl hərbi şirkəti, çox güman ki, Donbasda Vuhlehirska Elektrik Stansiyası və yaxınlıqdakı Novoluqanske kəndi ətrafında taktiki irəliləyişlər əldə etməyə nail olub”.
Ednews xəbər verir ki, Britaniya Müdafiə Nazirliyi bu barədə kəşfiyyat məlumatlarına əsasən bildirib.
“Bəzi Ukraya qüvvələri həmin ərazidən geri çəkilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Misir, Efiopiya, Uqanda və Konqoya səfər edir. Rusiya, ehtimal ki, beynəlxalq ərzaq böhranında Qərbi günahlandırmaq üçün səfərlərdən sui-istifadə edir. Həmçinin Rusiya neytral qalan Afrika dövlətlərinin dəstəyini qazanmağa çalışacaq”, - məlumatda qeyd olunub.