Türkiyənin İraqın Mosul şəhərində yerləşən Baş Konsulluğuna hücum olub.
Ednews “CNNTürk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“BMT Təhlükəszlik Şurasının iclası keçirildiyi zaman belə bir hücumun təşkil olunması diqqət çəkir”, - XİN-in bəyanatında bildirilib.
Türkiyə XİN həmçinin İraqdakı səlahiyyətli şəxslərə terrorla mübarizədə ayıq-sayıq olmaları barədə xəbərdarlıq edib.