Ukraynada “Bayraktar” zavodu tikiləcək - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Ukraynada “Bayraktar” zavodu tikiləcək

Dünya A- A A+
Ukraynada “Bayraktar” PUA-larının istehsalı zavodu tikiləcək. 
 
Ednews xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar “RBK-Ukrayna” nəşrinə müsahibəsində deyib. 
 
Onun sözlərinə görə, PUA istehsalçısı olan “Baykar” artıq Ukraynada şirkət yaradıb, torpaq sahəsi alıb və zavodun layihəsini hazırlayıb. 
 
“Zavod tikiləcək. Təxminən bir həftə əvvəl hökumət ikitərəfli sazişi təsdiq etdi və onu ratifikasiya üçün parlamentə göndərdi”, - ukraynalı diplomat deyib. 
 
Bodnar əlavə edib ki, “Bayraktar”ın istehsalına mühərriklər, təkərlər və ehtiyat hissələri istehsal edən Ukrayna müəssisələri cəlb olunacaqlar. 
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...