Rus sülhməramlıları Zəngəzurda yeni post yaratdı - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Rus sülhməramlıları Zəngəzurda yeni post yaratdı

Dünya A- A A+
Rus sülhməramlıları Ermənistanın Zəngəzur (Sünik) rayonunda Meğri-Aqarak yolunda nəzarət-buraxılış məntəqəsi qurublar. Bununla bağlı çəkilən foto Yerevan.today portalında yerləşdirilib.
 
Ednews nəşrə istinadən xəbər verir ki, sülhməramlılar yola nəzarət edir, bütün avtomobilləri saxlayır, vətəndaşları yoxlayır, yalnız bundan sonra onları buraxırlar.
 
“Ermənistan hakimiyyəti bu barədə vətəndaşlara əvvəlcədən heç bir izahat verməyib.
 
Bu, artıq Zəngəzur bölgəsində üçüncü maneədir. Əvvəlki postlar Qafan-Çakaten və Gorus-Qafan yollarında quraşdırılıb. Fərq ondadır ki, əvvəlki iki yola azərbaycanlılar nəzarət edir.
 
İş bununla bitmir.
 
Ermənistan hökuməti Noyemberyan şossesi yaxınlığında dolama yol çəkir, çünki məlumatlara görə, bu yol “anklavların geri qaytarılması” proqramı çərçivəsində azərbaycanlılara veriləcək”, - deyə portal yazır.
 
Xatırladaq ki, söhbət Qazax rayonunun işğalda olan 7 kəndindən gedir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...