Misirdə 13 nazir dəyişdi - ednews.net

8 Oktyabr, Şənbə

(+994 50) 229-39-11

Misirdə 13 nazir dəyişdi

Dünya A- A A+

Misirin Nazirlər Kabinetində dəyişiklik olub.

Ednews xarici KİV-ə istinadən xəbər verir ki, Misir parlamenti bu gün keçirilən plenar iclasda prezident Əbdülfəttah əs-Sisinin təqdim etdiyi 13 nazirlikdə edilən dəyişiklikləri təsdiqləyib.

Beləliklə, ilk növbədə Səhiyyə, Aviasiya, İmmiqrasiya, Yerli İnkişaf və Təhsil Nazirlikləri daxil olmaqla, 13 qurumun rəhbəri dəyişilib.

Misir Prezidenti Sisi, Baş nazirlə görüşdən sonra razılaşdırılan kabinet dəyişikliyini müzakirə etmək üçün parlamenti toplanmağa çağıraraq, sözügedən dəyişikliyin dövlətin maraq və imkanlarının qorunmasına töhfə verən mühüm yerli və xarici sənədlərdəki performansını artıracağını bildirib.

Qeyd edək ki, Misir Konstitusiyasının 147-ci maddəsi prezidentə Baş nazirlə məsləhətləşərək və parlamentdə mütləq əksəriyyətin təsdiqi ilə kabineti dəyişmək hüququ verir.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...