Ermənistan ordusunun hərbi hissələrində taktiki təlimlər başlayıb.
Ednews "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Təlimlərin əvvəlində hərbi hissələrdə sıralanma baxışı keçirilib, döyüş hazırlığının müxtəlif səviyyələrində şəxsi heyətin hərəkətləri yoxlanılıb.