“Twitter” hesabına görə 34 il HƏBS - ednews.net

7 Oktyabr, Cümə

(+994 50) 229-39-11

“Twitter” hesabına görə 34 il HƏBS

Dünya A- A A+
İngiltərənin Lids Universitetində təhsil alan və istirahət üçün ölkəsinə- Səudiyyə Ərəbistanına qayıdan Salma əl-Şehab 34 il həbs cəzasına layiq görülüb. Buna səbəb isə onun Twitter hesabının olması və bu sosial şəbəkədəki fəaliyyətidir. 
 
Ednews “The Guardian”a istinadən xəbər verir ki, iki azyaşlı uşaq anası olan 34 yaşlı Salma əl-Şehab ilk dəfə "Twitter" sosial media platformasından “ictimai rəyi pozmaq, vətəndaş və milli təhlükəsizliyi pozmaq" üçün istifadə etdiyinə görə üç il müddətinə azadlıqdan məhrum edilib. 
 
Bu həftə baş tutan məhkəmədə ona “Twitter”dəki fəaliyyətinə görə 34 il həbs cəzası verilib. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...