İraqda faciəvi hadisə baş verib.
Ednews “BBC”yə istinadən xəbər verir ki, Kərbəla şəhərində yerləşən Qəttarat İmam Əli türbəsinin damı çöküb.
Hadisə zamanı ibadət ocağında xeyli sayda ziyarətçi olub. İlkin məlumata görə, uçqun nəticəsində 7 nəfər ölüb, 6 nəfər yaralanıb.
Uçqun altında qalanların olduğu bildirilir. Xilas edilənlər arasında üç uşaq var. Ölü sayının artması istisna edilmir.