La Manş boğazının altı ilə Fransadan Britaniyaya hərəkət edən Avrotunel qatarında texniki nasazlıq baş verib. Hadisə nəticəsində qatara minən onlarla sərnişin təxminən beş saat qapalı vəziyyətdə qalıb. Qatar Fransanın Kalais şəhərindən Birtaniyanın Folkeşteyn şəhərinə hərəkət edirdi.
Ednews xəbər verir ki, çərşənbə günü səhər saatlarından etibarən qatarda texniki problem həll edilərək xidmət normal vəziyyətə qayıdıb.
Qatarda nasazlıq baş verdiyi zaman həyəcan siqnalları işə düşüb və problemi araşdırmaq üçün xidmətin bağlanması barədə məlumat verilib. BBC-yə verilən məlumata görə, qatar əslində sıradan çıxmayıb, lakin həyəcan siqnallarının işə düşməsi texniki araşdırmaya ehtiyac olub.
Sosial mediada yayımlanan görüntülərdə sərnişinlərin nəqliyyat vasitələrini tərk edərkən tuneldə təcili xidmət qurğularının hərəkət etməsi nümayiş olunub. Daha sonra sərnişinlər əvəzedici qatara köçürülərək İngiltərənin Folkeşteyn terminalına aparılıblar.
Qeyd edək ki, avqustun 23-də axşam saatlarında İngiltərə ilə Fransa arasında 50 kilometr dəmir yolu marşrutu üçün nəzərdə tutulan nəqliyyat terminalında böyük növbələr yaranıb.