Yaponiyanın izdihamlı şəhərlərində torpaq ehtiyatlarının çatışmazlığını nəzərə alan "S Design Farm" memarlıq studiyasının mütəxəssisləri yeni, orijinal bir layihəyə imza atıblar.
Ednews AZƏRTAC-a istinadən bildirir ki, memarlıq studiyasının layihəsi əsasında Tokionun məhəllələrindən birində 3 mərtəbəli, 5 küncə malik, ön pəncərələri olmayan ev tikilib. Bina beşbucaqlı formada olmaqla yanaşı, 74 kvadratmetr sahəyə malikdir. Birinci mərtəbənin bir hissəsi yoldan keçənləri təhlükəsiz keçidlə təmin etmək üçün keçidlə hazırlanıb. Həmçinin daşqınların qarşısını almaq və güclü su axınından zərəri minimuma endirmək üçün bina möhkəm beton təməl üzərində inşa edilib.