Konqoda açılış mərasimi zamanı piyada körpüsü uçub.
Ednews oxu.az-a istinadən xəbər verir ki, qırmızı lenti kəsən an qonaqların ağırlığı altında körpü dağılıb.
Körpü dağılan zaman yerli sakinlər qonaqların kənara çıxmalarına kömək ediblər. Körpünün hündürlüyü iki metrə yaxın olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.