Bolqarıstanın Kazanlık şəhərində yerləşən və odlu silah, sursat istehsal edən böyük zavodda (“Arsenal”) partlayış baş verib.
Ednews xəbər verir ki, bu barədə Bolqarıstan milli televiziyası məlumat yayıb.
Bildirilib ki, hazırda 3 nəfərin ölümü barədə məlumat var.
Partlayış yerli vaxtla saat 11:00 radələrində, pirotexnik vasitələrin saxlanıldığı anbarda baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, 2 dəfə partlayış olub və hadisə baş verən rayonun üzərində qara tüstü buludu görünür.
Partlayış nəticəsində yaralanan 3 qadın xəstəxanaya çatdırılıb və zavodun 2 nəfər xanım əməkdaşının axtarışları davam edir.