MDB ölkələrini Türkmənistanın ticarət donanmasından istifadə etməyə dəvət edirik - Serdar Berdiməhəmmədov - ednews.net

1 Dekabr, Cümə axşamı

(+994 50) 229-39-11

MDB ölkələrini Türkmənistanın ticarət donanmasından istifadə etməyə dəvət edirik - Serdar Berdiməhəmmədov

Dünya A- A A+

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Xəzər dənizinin liman infrastrukturundan MDB-nin maraqları naminə istifadə perspektivlərinə baxmağı təklif edib.

Ednews xəbər verir ki, bu barədə “Neytral Türkmənistan” qəzeti Prezdentin Astanada (Qazaxıstan) keçirilən MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışına istinadən yazıb.

Nəşr bildirib ki, Türkmənistan Xəzər regionunda əməkdaşlıq, burada okeanlara birbaşa çıxışı olmayan dövlətlərin iştirakı ilə müasir kombinə edilmiş logistika sisteminin formalaşdırılması üçün böyük imkanlar görür.

MDB ölkələrinin əksəriyyəti bu kateqoriyaya aiddir, deyən Türkmənistan prezidenti bununla bağlı Xəzər dənizinin liman infrastrukturundan, o cümlədən Türkmənbaşı Beynəlxalq Dəniz Limanının obyektlərindən, eləcə də Türkmənistanın ticarət donanmasından MDB-nin maraqlarına uyğun istifadə perspektivlərinə baxmağı təklif edib.

Berdiməhəmmədov hesab edir ki, Xəzər istiqaməti MDB-nin uzunmüddətli planlarında öz layiqli yerini tutmalı, prioritet iqtisadi tərəfdaşlıq zonası kimi nəzərdən keçirilməlidir.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...