Biz dron ittihamlarını həll etmək üçün Ukrayna ilə danışıqlara hazırıq.
Ednews-un məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.
N.Kənani bildirib ki, Ukraynadakı müharibədə istifadə olunmaq üçün İrandan pilotsuz aparatların göndərilməsi ilə bağlı məlumatlar yalan və qərəzlidir: "Bu ehtimallara əsaslanan əsassız iddialar bəzi dövlətlərin İrana qarşı siyasi və məqsədyönlü təbliğatının tərkib hissəsidir".
O qeyd edib ki, bu ittihamları həll etmək üçün Ukrayna ilə danışıqlara hazırdırlar.