“Finlandiya və İsveç Türkiyə tərəfinin ekstradisiyasını tələb etdiyi terrorçulardan heç birini hələlik Ankaraya təhvil verməyib”.
Ednews “A Haber” telekanalına istinadən xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.
"Biz bu ölkələrə tələblərimizi göndərmişik. Ekstradisiya mövzusu müzakirə olunur, lakin indiyədək terror fəaliyyətində iştirak edən şəxslərin ekstradisiyası məsələsində müsbət dəyişiklik baş tutmayıb", - Ədliyyə Nazirliyinin rəhbəri müsahibəsində bildirib.