Xəbər verdiyimiz kimi, İstanbulda baş verən və Türkiyəni yasa boğan terror nəticəsində 6 nəfər dünyasını dəyişib, 81 nəfər isə yaralanıb.
Arzu Özsoy və qızı Yağmur Uçar, Yusuf Meydan və qızı Ecrin Meydan, Adem Topkara və həyat yoldaşı Mukaddes Elif Topkara terror hadisəsi zamanı həyatını itiriblər.
Ednews xəbər verir ki, terror aktı zamanı həlak olan şəxslərin adlarını Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu açıqlayıb.
Ümumilikdə hücum zamanı 3 ailədən 6 nəfər həyatını itirib. Xəstəxanalarda müalicə alan 81 yaralıdan 2-nin isə vəziyyətinin ağır olduğu bildirlilir.
Əldə edilən məlumata görə, 38 yaşlı Arzu Özsoy 15 yaşlı qızı Yağmur Uçarla İstiqlal küçəsində keçərkən həyatını itirib.
Ailə və Sosial Xidmətlər Nazirliyinin əməkdaşı 34 yaşlı Yusuf Meydan da 9 yaşlı qızı Ecrin ilə gözəl bir bazar günü keçirmək üçün Taksimdə olub. İstanbula qız istəməyə gələn Yusuf Meydanın ailəsi ilə birlikdə İstiqlal küçəsində gəzintiyə çıxıblar. Lakin, onların xoş anı ölümlə nəticələnib.
Ailə və Sosial Xidmətlər naziri Derya Yanık sosial media hesabından hadisə ilə bağlı paylaşım edib.
"İstanbulda baş verən xain hücumun acı xəbəri ürəyimizi yandırdı. Həmkarımız Yusuf Meydanı və qızı Ecrini itirdik. Ailəsinə və yaxınlarına başsağlığı diləyirik".
Nəzrin Beydiyeva