Ermənistanda əhalinin təxminən yarısı yoxsuldur - ednews.net

10 Dekabr, Şənbə

(+994 50) 229-39-11

Ermənistanda əhalinin təxminən yarısı yoxsuldur

Dünya A- A A+

Ermənistanda əhalinin təxminən yarısı, yaxud 47,6 faizi yoxsul vəziyyətdə yaşayır.

Ednews “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın əmək və sosial məsələlər üzrə naziri Narek Mkrtçyan bildirib.

Onun sözlərinə görə, ölkə üzrə yoxsulların sayının artacağı istisna edilmir.

Nazir qeyd edib ki, bu göstərici 2020-ci ilə aiddir. 2021-ci ilin hesabatı bu ilin sonunda hazır olacaq.

O vurğulayıb ki, Ermənistan əhalisinin 21 min nəfəri (0,7 faizi) aclıq həddində yaşayır.

Qeyd edək ki, Ermənistanın əhalisinin sayı 2 milyon 981 min nəfərdir.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...