Türkiyədə sərnişin avtobusunun aşması nəticəsində 39 nəfər yaralanıb.
Ednews “Haberturk”ə istinadən xəbər verir ki, hadisə ölkənin Bartın-Zunquldağ avtomobil yolunun Akçamescit hissəsində qeydə alınıb.
Qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.
Yaralılar yaxılıqdakı dövlət xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə jandarm, təcili tibbi yardım heyəti və yanğınsöndürənlər cəlb olunub.