Türkiyənin Kahramanmaraş şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Ednews “TRT Haber”ə istinadən xəbər verir ki, zərcirvari qəzada 2 mikroavtobus 2 avtomobili ilə toqquşub.
Qəza nəticəsində 17 nəfər xəsarət alıb. Bildirilib ki, qəza axşam saatlarında Mehmet Akif məhəlləsində meydana gəlib.
Hadisə yerinə xeyli sayda AFAD (Fəlakət və Fövqəladə Halların İdarəsi Nazirliyi) əməkdaşları, təcili tibbi yardım və polislər sövq edilib.
Qeyd edilib ki, qəzaya uğrayan mikroavtobuslardan biri işçiləri daşıyan servis avtomobilidir.